Qılıncoynatma: Şpaqaçılarımız mübarizəni dayandırdı - CANLI YAYIM - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Qılıncoynatma: Şpaqaçılarımız mübarizəni dayandırdı - CANLI YAYIM - YENİLƏNİR

Kişilərin qrup mərhələsində 35 idmançı mübarizəyə qatılıb. Onlar 5 qrupda qüvvəsini sınayıb. Azərbaycanın 4 şpaqaçısı da bu mərhələdə mübarizə aparıb.

Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edib. Şpaqaçılarımızdan yalnız ikisi qələbə sevinci yaşayıb. Kənan 2, Mehrab 1 dəfə qalib gəlməyi bacarıb. Onların hər ikisi qrupda 6-ci yeri tutub. 6 oyunun hamısında yenilən Nəcəflə Vəkil isə 7-ci olub. Qrup mərhələsindəki uğursuzluq qılıncoynadanlarımızın 1/16 finaal yüksəlməsinə imkan verməyib və təmsilçilərimiz mübarizəni dayandırıb.

Qadınların rapira yarışında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparıb. Bu yarışda ölkəmiz təmsil olunmayıb.

10:27

Bakı 2015 I Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir. Bu gün daha 2 dəst medalın sahibi müəyyənləşəcək.

Publika.az xəbər verir ki, qadınlar rapira, kişilər şpaqa növündə mükafatçıları müəyyənləşdirir.

Azərbaycan yığmasının 4 idmançısı da mübarizəyə qoşulub. Onlardan 4-ü kişilərin, 4-ü isə qadınların yarışına başlayıb.

Qadınların rapira yarışında ümumilikdə 36 qılıncoynadan 6 qrupda mübarizə aparır. Bu yarışda ölkəmiz təmsil olunmayıb.

Kişilərin mübarizəsinə 35 idmançı qatılıb. Onlar 5 qrupda mübarizə aparır. Azərbaycanın 4 şpaqaçısı da yarışda qüvvəsini sınayır. Kənan Əliyev A, Nəcəf Məhərrəmov B, Vəkil Nəsibov C, Mehrab Həsənov E qrupunda çıxış edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm