Çimərlik futbolu: Yığmamız üçün təsəlli oyunu - YENİLƏNİR
Bizi izləyin

Bakı 2015

Çimərlik futbolu: Yığmamız üçün təsəlli oyunu - YENİLƏNİR

Bakı 2015 I Avropa Oyunlarında bu gün çimərlik futbolu üzrə yarışlarda qrup mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, bugünkü nəticələrdən sonra yarımfinalçıların adlarına aydınlıq gələcək.

A qrupunda Ukrayna və İsveçrəyə məğlub olaraq, ilk iki yerə şansını itirən Azərbaycan yığması bu dəfə daha güclü rəqiblə qarşılaşacaq. Komandamız son turda lider Portuqaliya önünə çıxacaq.

Bu matçın nəticəsindən asılı olmayaraq, Portuqaliya mübarizəni yarımfinalda davam etdirəcək, Azərbaycan millisi isə 5-ci yer uğrunda yarışacaq.

Qrupumuzun digər oyununda İsveçrə ilə Ukrayna növbəti yarımfinalçını müəyyənləşdirəcəklər.

B qrupunda isə hər şey axırıncı tura qalıb. Belə ki, son tur öncəsi 4 komandanın hamısı növbəti mərhələ şansını qoruyur.

Çimərlik futbolu, 3-cü tur

26 iyun

A qrupu

17:30 İsveçrə - Ukrayna

20:30 Azərbaycan – Portuqaliya

B qrupu

16:00 İtaliya – Macarıstan

19:00 Rusiya – İspaniya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm