• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kredit almaq üçün həyat yoldaşının razılığı lazım olacaq…

  • Banklar
  • 4 Aprel 2014 10:34
  • 1 027 Baxış
Kredit almaq üçün həyat yoldaşının razılığı lazım olacaq…

Rusiya Dövlət Duması kredit prosesini bir az da çətinləşdirəcək layihələnin üzərində çalışır. Belə ki, layihəyə əsasən əgər şəxs evlidirsə, krediti götürərkən həyat yoldaşının razılığı olmalıdır.

Qanun layihəsi problemli kreditlərin həcminin azaldılmasına hesablanıb. Nəzərə alaq ki, hazırda ölkəmizdə də qayıtmayan kreditlərin məbləği az deyil və təxminən 1 milyard dollara çatdığı bildirilir, onda analoji təcrübənin Azərbaycanda da tətbiqi məqbul hesab edilir. Xatırladaq ki, elə problemli kreditlərə görə, Mərkəzi Bank iş yerindən arayış olmadan istehlak krediti verilməməsi barədə qərar qəbul edib.

Ancaq mütəxəssislər Rusiyada yuxarıda göstərilən məzmunda qanunun qəbulunu da məqbul hesab edirlər. Qeyd edək ki, hazırda ev alqı-satqısı prosesində bu prinsipə əməl olunur. Yəni, mənzildə qeydiyyatda olan, yaşı 18–dən yuxarı bütün şəxslərin razılıq ərizəsi olmalıdır. Ancaq mütəxəssislər bu şərtin istənilən həcmdə alınan kreditlərə şamil edilməməsini önə çəkirlər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev hesab edir ki, Azərbaycanda da kreditlərin verilməsi zamanı yaranan öhdəliklərlə bağlı beynəlxalq praktikanın tətbiqi istiqamətində islahatların aparılması mühümdür: "Xüsusən də girov məsələsinə diqqət artırılmalıdır. Kredit alınarkən belə öhdəliklər o halda ola bilir ki, onlar nigah aktına girmiş olsunlar. Rəsmi nigaha girdikləri halda onların hansısa əmlakını girova qoyulması iki tərəfin razılığı çərçivəsində olmalıdır.

Eyni zamanda vəsaitlərin alınması zamanı zəmanətlərin verilməsi istiqamətində daha universal mexanizmlər formalaşdırılmalıdır. Xüsusən də vərəsəlik məsələsi var. Sonradan ailə üzvlərindən birinin həyatını dəyişməsi nəticəsində digərində vərəsəlik öhdəliyinin qalması kimi məsələlər öz əksini tapmalıdır. Həm də nigaha daxil olarkən hər iki tərəfin əvvəlki maliyyə öhdəlikləri haqqında məlumatların olması çox mühümdür. O cümlədən boşanma hallarında da maliyyə öhdəliklərinin nəzərə alınması vacidir. Yəni, bizdə də belə bir qanuna ehtiyac var”.

İqtisadçının fikrincə, burada kreditin həcmi də vacib rol oynayır: "Ona görə də qanunvercilik hazırlanan zaman ölkədəki yaşayış minimumu, istehlak səbəti, minimum əmək haqqı nəzərə alınmalıdır”.

İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev qeyd etdi ki, bu, çoxdan aktual olan məsələdir: "Dünyanın bir çox ölkələrində kreditin qarşısında bütün ailənin, yoxsa, tək bir nəfərin məsuliyyətli olması varinatları üzərində işlər aparılır. Bu da onunla bağlıdır ki, sonradan krediti qaytara bilmədiyi halda şəxsi borcların ödənilməsi ilə bağlı kredit verən təşkilatın qarşısında hansı əmlakı ilə məsuliyyət daşıyacaq.

Bununla bağlı bizdə təminatlı əqdlər haqqında qanun layihəsi ortaya çıxmışdı. Orada girov qoyulacaq əşyaların siyahısının genişləndirilməsi göstərilirdi. Bu gün bizdə praktiki olaraq kredit alınarkən girov qoyulan əşya kimi yalnız daşınmaz əmlak nəzərdə tutulur. Amma təminatlı əqdlər haqqında qanun kiçik əşyaların götürülməsinə yol açır və kredit verən təşkilat üçün təminatıdır.

Əgər iş məhkəməyə çatırsa, evdəki əşyanın kimin adına olmasına baxılır. Ancaq Rusiyada tətbiq ediləcək bu qanun ölkəmiz üçün o qədər də məqbul bilmirəm. Ancaq bu olsa, kreditin ödənilməsi prosesini xeyli canlandırar. Eyni zamanda bu, problemli kreditlərin, dələzuqluq hallarının qarşısını almış olardı. Ancaq bütün hallarda bu qanun da bizdə işləyə bilər”.

Hüquqşünasın fikrincə də, qanun olarsa, onun hansı məbləğə şamil ediləcəyi maraqlıdır: "Bunun özündə də düyünlü məqamlar var. Böyük məbləğ müxtəlif şəxslər üçün nisbidir. Kimin üçünsə bir məbləğ kiçikdirsə, başqası üçün bö

Xəbər lenti

DAHA ÇOX XƏBƏR