Banklarda 6,7 milyard manat əmanət var
Bizi izləyin

Banklar

Banklarda 6,7 milyard manat əmanət var

Banklarda 6,7 milyard manat əmanət var

Əhalinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 20,2 faiz artıb.

Publika.Az Əmanətlərin Sığortalanması Fonduna istinadən bildirir ki, banklardakı əmanətlər aprelin 1-nə 6,7 milyard manata çatıb.

Milli valyuta ilə vəsait qoyuluşu 4,1 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2,6 milyard manat olub. Fonddan o da bildirlir ki, 2014-cü il may ayının 19-dan etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 10%-dən 9%-ə endiriləcək.

ƏSF tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm