Şalvar geyindiyi üçün şallaqlanacaq
Bizi izləyin

Bilgi.az

Şalvar geyindiyi üçün şallaqlanacaq

Sudanın Xartum şəhər məhkəməsi cins şalvar geyindiyi üçün 19 yaşlı Fardos əl-Tuma 20 dəfə şallaq cəzası kəsib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, polislər gənc qızı iyunun 25-də yerli kilsə yaxınlığında həbs edib. Hökmü çıxaran hakim əl-Tumun cins şalvar geyinməsini ədəbsizlik hesab edib.

Bundan əlavə, əl-Tum 500 sudan funtu (82 dollar) cərimə də ödəməli olacaq.

"Amnesty International" əl-Tuma dəstək olmaq üçün internetdə kampaniyaya başlayıb. Hazırda petisiyanı 40 mindən çox insan imzalayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm