Bilgi.az
Pul əskinası ölçüsündə olan uşaq - FOTOLAR
Hazırda 3 yaşı olan Böyük Britaniya sakini Mevi Fipps vaxtından əvvəl dünyaya gəlib. Doğularkən ölçüsü ilə pul əskinasını xatırladırdı.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həkimlər vaxtından tez dünyaya gələn körpənin yaşayacağına ümid etmirdilər. Sağ qalacağı təqdirdə isə onun heç vaxt yeriməyəcəyini proqnozlaşdırmışdılar. Bütün deyilənlərə rəğmən, Levi nəinki sağ qala bildi, hətta yeriməyi də öyrənib hamını təəccübləndirdi.
Ultrasəs müayinəsi qadının hamiləliyinin 16-cı həftəsində dölün yaxşı inkişaf etmədiyini müşahidə edib. Döl daha çox 9 həftəliyə bənzəyirdi. Buna baxmayaraq, Levinin anası abortdan imtina etdi. Çünki zavallı qadın 3 il hamilə qalmağa çalışsa da, ana olmaq ona nəsib olmurdu. Bu dəfə o, nəyin bahasına olursa-olsun, körpəsini dünyaya gətirmək qərarına gəlmişdi.
Hamiləliyin 26-cı həftəsində dölün çəkisi 110 qram idi. Artıq 32-ci həftədə həkimlər körpəni xilas etmək üçün Qeysəriyyə əməliyyatı etmək qərarına gəldilər. Yoxsa döl ana bətnində ölə bilərdi. Dünyaya gələn uşağın çəkisi 900 qram idi.
Levi 3 dəfə ürək əməliyyatı keçirib, o cümlədən, bağırsaq və müxtəlif infeksion xəstəlik problemləri yaşayıb. O, hər şeyə rəğmən yaşadı. Düzdür, həmyaşıdları ilə müqayisədə Levinin boyu çox kiçik qalıb. 3 yaşına çatmasına baxmayaraq, onun boyu 1 yaşlı uşaqla eynidir.
Nura
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR