Bilgi.az
Kosmetika yeyən qız - Foto
ABŞ-ın Ohayo ştatında yaşayan Brittoninin olduqca qeyri-adi bir qida növü var. Kosmetikanı üzünə çəkmək əvəzinə 22 yaşlı qız gün ərzində 15-20 ədəd göz kölgələrini çeynəyərək yeyir. Qızın dediyinə görə kosmetikanın dadı istifadə etdiyi rəng və markasından asılı olaraq dəyişir. Məsələn, açıq qəhvəyi, ağ və boz rəngli parıltılı göz kölgələri daha çox dadlıdır.
O, deyir: “Mən kosmetikanı yeməkdən boyun qaçıra bilmirəm. Kosmetika yemək sanki konfet yemək kimidir.”
Brittoninin qeyri-adi qabiliyyəti beş yaşı olarkən anasının kosmetika dəstinə olan marağından sonra başlayıb. Dediyinə görə, göz kölgələrinin rəngindən valeh olan qız onu bir dəfə yeyən kimi artıq özünü saxlaya bilmir.
Çox maraqlıdır ki, 5 yaşından kosmetika yeməsinə baxmayaraq, o, bunu ailəsindən uzun müddətdir sirr kimi saxlayır. Qız kosmetikalara həftədə 200 dollar xərcləyir. Əvvəlcə o, mağazaya gələrək onun gizli şəkildə dadına baxdıqdan sonra alır. Daha çox parlaq göz kölgələrinə üstünlük verən Brittoni bununla sağlamlığına ziyan vurur. Onun istifadə etdiyi göz kölgələrinin tərkibində maqnezium silikat birləşməsindən təşkil olunmuş talk mineralı var. Kosmetikanın tərkibində hətta neft birləşməsi, mineral yağlar və rəngləyici maddə olan mika da daxildir.
Qıza, böyük ehtimal ki, qeyri-adi vərdişinə görə 12 yaşından ürək çatışmamazlığı diaqnozu qoyulub.
Camalə
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər