99 yaşlı barmen nənə: "Ölənədək işləyəcəyəm" - FOTO
Bizi izləyin

Bilgi.az

99 yaşlı barmen nənə: "Ölənədək işləyəcəyəm" - FOTO

74 ildən bəri o, bar arxasında çalışır. O, dünyanın ən yaşlı barmenidir.


İngiltərənin Bekingemşir qraflığındakı Uenldover şəhərində yerləşən "The Red Lion Hotel"in barının barmeni Dolli Sevillin 99 yaşı var.


Onun ad gününə, 100 yaşına keçməsinə bir həftə qalıb.


"Ailəm deyir ki, bu işi atım, dincəlim, istirahət edim. Amma yox! Ölənədək barda işləyəcəyəm. İşləməsəm, ölərəm. Əvvəllər hər gün çalışırdım. İndisə qocalmışam, həftənin cəmi 3 günü bar arxasında dururam", - Dolli Sevill deyib.


Dolli nənənin dediyinə görə, 1949-cu ildən bəri "The Red Lion Hotel"də işləyir. Onun müştəriləri arasında məşhur şəxslər çox olub.


Oliver Kromvel və Robert Lüis Stivensonun da müştərilər arasında olduğu "The Red Lion Hotel" 5 il əvvəl tam təmir və rekonstruksiya üçün bağlananda belə, Dolli Sevill işini atmayıb.


O, qonşuluqdakı "King and Queen" barına yollanıb, təmirin davam etdiyi 6 ayda orada işləyib.

İndiyədək dünyanın ən qoca barmeni yapon Hideko Arima idi. Tokionun Ginza səmtindəki "Gilbey Ai" otelinin kiçik barında 52 iş işləmiş bu qadın 2003-cü ildə 101 yaşında vəfat etmişdi./milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm