Bilgi.az
Şok: dünyaca məşhur rejissor uşaqbazdır? - FOTO
Dünyaca məşhur "X-Men" kinosaqasının rejissoru, tanınmış ssenariçi Brayan Sinqer həbs olunub.
"X-Men" ilə yanaşı, bir sıra blokbasterləri çəkmiş 48 yaşlı
B.Sinqer uşaqbazlıqda suçlanır. Polisdən verilən məlumata görə,
Brayan Sinqer azyaşlı oğlanlara spirtli içkilər və narkotik
maddələr verəndən sonra onları zorlamaqda şübhəli bilinir.
Yeni "X-Men: Days of Future Past" filminin premyerası gələn ay
olacaq rejissor Havay adalarındadır. O, ittihamları rədd edib, belə
iddialardan şoka düşdüyünü deyib.
İddiaçılar arasında 31 yaşlı müğənni Maykl
İqan da var.
Onun sözlərinə görə, 14 ilə əvvəl, 17 yaşı olanda Brayan Sinqerin
təcavüzünə məruz qalıb. O, "fəlakətli psixoloji və emosional
travmalara görə" mənəvi təzminat qismində Brayan Sinqerdən 300 min
dollar tələb edir.
B.Sinqeri məhkəmə prosesində vəkili Ceff Herman təmsil edir.
"14-15 yaşım olanda ailəmiz Los-Ancelesə köçdü. Valideynlərim aktyor olmağımı istəyirdilər. Məşhur aktyor və prodüser Mark Kollinz-Rekortun yanına getdim. O da məni Çad Şekliyə təqdim edəcəyini dedi. Bir neçə gün sonra isə Mark Kollinz məni villasına dəvət etdi. Kaliforniyanın Ensino şəhərinə yollandıq. Orada Sinqer də vardı. Məni içirtdilər və sərxoş olmağımdan istifadə edərək zorladılar", - Maykl İqan deyib.
Kollinz-Rekort azyaşlıları tovlayaraq onları zorlamaqda
suçlanmış və 2004-cü ildəki məhkəmə prosesində ittihamları qəbul
etmişdi. Onun həddi-büluğa çatmamış 5 oğlana təcavüz etdiyi
təsdiqlənmişdi./milli.az
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?