Qızı öpən şəxsə HƏBS: AĞLAGƏLMƏZ CƏZALAR
Bizi izləyin

Bilgi.az

Qızı öpən şəxsə HƏBS: AĞLAGƏLMƏZ CƏZALAR

Təcavüzə görə ən ağır və ən yüngül cəzalar

Bir müddət öncə amerikalı tələbə Broka Ternerin təcavüz cinayəti işlədiyi üçün 6 aylıq həbslə cəzalandırılması çoxlarının ciddi qəzəbinə səbəb oldu. Qəzəbli kütlə hesab edirdi ki, bu cəza təcavüzçü üçün çox azdır. Əgər ABŞ-da zorlamaya görə 8-10 il həbs cəzasının tətbiq olunduğunu nəzərə alsaq, etirazçılara haqlı saya bilərik. Biz də bu faktın fonunda dünya ölkələrində belə cinayətlərə qarşı hansı cəza növünün tətbiq edilməsini araşdırdıq.

Publika.az təcavüzə görə ən ağır və ən yüngül cəzaların tətbiq olunduğu ölkələri təqdim edir.

1. Çin

Təcavüzçün dərhal edam olunur və ya kişilikdən məhrum edilir. Bunu onunla izah edirlər ki, cinayəti nə ilə törədibsə, ondan da məhrum olunmalıdır.

2. Şimalı Koreya

Cinayətkarı güllələnməyə göndərirlər, zərər çəkmiş isə onu güllələyənlər arasında ola bilər.

3. Əfqanistan

Bu ölkədə də təcavüzçü ölüm hökmü ilə cəzalandırılır.

4. Rusiya

Burada cinayətkarı 3 ildən 30 ilə kimi həbs gözləyir.

5. Misir

Burada çox qəribə cəza sistemi var. Digərlərinə dərs olsun deyə təcavüzçünü hər kəsin gözü önündə asırlar.

6. Niderland

Təcavüzçüləri 4 ildən 15 ilə kimi cəza gözləyir. Ancaq Niderlandda nəinki zorlama, hətta zorla öpüşmək belə cinayət sayılır.

7. İran

Bu ölkə öz qəddar cəzaları ilə məşhurdur. Təcavüzdə günahkar bilinən şəxslər ya asılır, ya da güllələnir. Əgər məhkum öldürülməkdən boyun qaçıra bilibsə o, ömür boyu həbsdə işgəncəyə məruz qalacaq.

8. Səudiyyə Ərəbistanı

Burada təcavüzçünü məhkəmədən dərhal sonra güllələyirlər.

9. İsrail

Cəzalar nisbətən yüngüldür. Təcavüz edən şəxs 4 ildən 16 ilə kimi həbs oluna bilər.

10. Birləşmiş Ərəb Əmirlikləri

Təcavüzçüyə öz yaxınları ilə sağollaşmaq üçün 7 gün vaxt verirlər. Daha sonra isə cəzasını həyatı ilə ödəyir.

Qeyd edək ki, ölkəmizdə zorlamaya görə 4 ildən 8 ilədək həbs cəzası tətbiq edilir.

Mələk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm