İsa Məsihin barmaqları təmir olunur - FOTO
Bizi izləyin

Bilgi.az

İsa Məsihin barmaqları təmir olunur - FOTO

Rio de Janeironun simvolu olan “Qurtarıcı İsa” heykəlini vuran ildırımdan sonra heykələ dəyən zərər işləri üçün təmir başlayıb.

20-dən çox işçi ziyarət saatlarından sonra heykəl üzərində işləyir. İşçilər təxminən 30 metr hündürlüyündəki heykəldə nəfəs kəsən iş nümunəsi göstərir.

Rəsmilər ilkin təsbitlərə görə, heykəlin təmirinin təxminən 4 ay davam edəcəyini bildirib.

635 ton çəkisi olan heykəlin baş barmağının bir hissəsi ildırım nəticəsində qopmuşdu. Braziliyadakı “Qurtarıcı İsa” heykəli 2007-ci ildə keçirilən səsvermə ilə dünyanın yeni yeddi möcüzəsindən biri seçilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm