Bilgi.az
1.5 kiloqram qızıl tapdı, sahibinə qaytardı
Türkiyədə bələdiyyə işçisinin etdiyi hərəkət insanlığın hələ də ölmədiyini göstərib.
Adıyaman şəhərində Abuzər Çəlik adlı bir bələdiyyə işçisi hər gün təmizlədiyi zibilxanadan qızıl dolu qutu tapıb. Qutudakı qızıllardan heç birini götürməyən A.Çəlik onu dərhal yaxınlıqdakı polis məntəqəsinə aparıb. İlkin yoxlanışdan sonra qutuda ümumi dəyəri 130 min lirə (təxminən 48 900 manat) olan 1,5 kq qızıl olduğu məlum olub.
Polislər daha sonra həmin qızılları Sərraflar və Zərgərlər Dərnəyinə təslim ediblər. Dərnəyin sədri Mehmet Ali Yaylagül qızılların Qaziantep şəhərindən gələn qızıl satıcısına aid olduğunu deyib. O, qızılların sahibi ilə görüşdüyünü və qızılları zibillikdən tapan Abuzər Çəlikin nümunəvi davranışından ötrü ona 2 üzük verilməsini qərarlaşdırıblar. Bundan başqa A.Çəlikə işlədiyi yerdən 3 günlük istirahət də verilib.
O, açıqlamasında bildirib ki, bu hadisə yenə olsa, eyni cür hərəkət edər. /gun.az/
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək