Bilgi.az
Moskvada SSRİ avtobusları - VİDEO
Rusiyanın paytaxtı Moskvada retro-avtobusların nümayişi
keçirilib. Əfsanəvi Sovet avtobuslarının uzun illərdən sonra ilk
dəfə nümayiş edilməsi böyük marağa səbəb olub.
ANS TV-nin Moskva bürosunun məlumatına görə, Moskvada şəhər içi
avtobus nəqliyatının quruluşunun 90-cı yubileyi unikal bir şəkildə
qeyd edildi. Artıq insanların yaddaşından silinməyə başlayan keçən
əsrə aid əfsanəvi retro-avtobuslar yenidən bərpa edilərək Moskva
küçələrinə çıxarıldı. Əksəriyyəti 1960-1970-ci illərdə “QAZ”
zavodunda istehsal edilmiş avtobuslardan ibarət eksponatlar
moskvalıların böyük marağına səbəb oldu. Aralarında “ZİS-8” kimi
ilk Sovet avtobuslarının da olduğu antik nəqliyyat növləriylə
bol-bol şəkil çəkdirən paytaxt sakinləri arasında hələ də o, illəri
xatırlayanlar da az deyildi.
Moskva sakini Svetlana Kevorkovanın sözlərinə görə, bunlar bizim
gəncliyimizdir, bizim həyatımızdır: “Bu avtobuslarda çox yol
getmişik. Gənclik illərimizi bu avtobuslarda keçirdiyimiz üçün
onlar bizə çox əzizdir. İndi baxıram ürəyim fərəhlə dolur. O,
vaxtlar necə də gözəl və müasir avtobuslarımız var imiş”.
Təşkilatçı Viktor Stepanov isə deyir ki, bu avtobus 1968-ci ildə
istehsal olunub: “Çox köhnə olmasına baxmayaraq hələ də öz hərəkət
qabiliyyətini itirməyib. Əlbətdə ki, biz onda bəzi bərpa işləri
aparmışıq. İndi ona daha çox sərnişin sığışır”.
Nümayiş edilən retro-avtobuslardan başqa gələcəyin avtobuslarıdan
sayılan elektrobus da böyük marağa səbəb oldu.
“Qaz” zavodunun rəsmisi, Vyaçeslav Orexov qeyd etdi ki, müasir
avtobus istehsalında indi ən çox diqqət edilən şey, ətraf mühütə
daha az zərər verilməsidir: “Bu avtobusların başlıca xüsusiyyəti
isə onların ətrafa heç bir zəhərli qaz buraxmadan çalışmasıdır. Bu
avtobuslar elektriklə işləyir. Onları troleybusla müqayisə etmək
olar”.
Retro-avtomobillərin nümayişi səbəbindən bu gün Moskvanın mərkəzi
küçələrində nəqliyyatın hərəkəti dayandırılmışdı.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."