Dünyanın ən zəngin gözəlləri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Dünyanın ən zəngin gözəlləri - FOTOLAR

"Forbes" jurnalı dünyanın ən zəngin gözəllərinin siyahısını açıqlayıb. Publika.az "Pravda"ya istinadən xəbər verir ki, jurnalın araşdırmasına görə, son 8 ildə ən çox qazanan model braziliyalı maneken Jizel Byundhendir. Son 12 ayda onun "H&M", "Chanel", "Carolina Herrera", "Pantene" və "Oral-B" kimi tanınmış firmaların reklam çəkilişlərindən aldığı qazancı təxminən 47 milyon dollar olub.

Byundhendən sonrakı yerdə isə niderlandlı model Dauttsen Krusdur. 22 yaşlı super model bir ilə 8 milyon dollar qazanıb. Krusla yanaşı ikinci yerdə braziliyalı supermodel , "Victoria's Secret" in mələklərindən biri - planetin ən gözəl xanımlarından sayılan Adriana Lima bölüşür.

İllik gəliri 7 milyon dollar olan top-model ingilis Keyt Moss üçüncüdür. İllik gəliri 7 milyon dolar olan digər bir aktrisa isə amerikalı Keyt Aptondur.

İllik gəliri 7 milyon dollar olan digər top-model avstraliyalı Miranda Kerrdir və çinli top-model Lyu Ven də 7 milyon dollarlıq gəlirlə üçüncü yeri bölüşürlər.

Dördüncü yerdə 5 milyon dollarlıq gəlirlə braziliyalı maneken Alessandro Ambrosiodur. Victoria's Secret lə əməkdaşlıq edən xanım PINK line brendinin ilk modelidir.

Amerikalı model 27 yaşlı Hillari Roda 5 milyon dollarlıq gəlirlə dördüncü yeri bölüşür. 4-cü yerin digər sahibi 32 yaşlı rusiyalı gözəl Natalya Vodyanovadır. 4 uşaq anası olan bu xanım həm də fond sahibidir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm