Üçgözlü buzov müqəddəsləşdirildi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Üçgözlü buzov müqəddəsləşdirildi – FOTOLAR

Hindistanda qüsurlu doğulan heyvan və insanlar ilahi səviyyəsinə qaldırılır.

Bu dəfə üçgözlü buzov da istisna olmayıb.

Hindistanın Tamil Nadu ştatının Kolatur kəndinə üçgözlü buzovu görmək üçün gələnlərin sayı çoxalıb. Bu qeyri-adi heyvanın dünyaya gəlişi kənd sakinlərində hər hansı bir möcüzəyə inamını artırıb.

Buzovun sahibi Raceşanın sözlərinə görə, ziyarətə gələn insanlar üçgözlü inək balasına səcdə edir. Onların fikrincə, buzov üçgözlü hindu ilahəsi Şivanı təcəssüm edir.

Buzov sahibi də həmkəndlilərinə dəstək olaraq buzovun kəndə möcüzə gətirəcəyinə inanır. O, deyir: "Bu, möcüzəvi buzovdur. Ona görə də biz ona allah kimi sitayiş edirik. Mən inanıram ki, ona səcdə etməklə insanlar və kəndimiz sülh və əmin-amanlıq içərisində olacaq".

Kənd sakinlərindən biri isə bildirir: "Bu buzov 3 gözlə doğulub, ona görə də biz inanırıq ki, bu, Şivadır. Biz buraya gələrək ondan xeyir-dua alırıq. Bu buzov bizim allahımızdır".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm