Bilgi.az
Prezidentlərin uşaqlıq illəri- Fotolar
Bu şəkillər onların uşaqlıq illərində çəkilib. Yəqin ki, həmin vaxtlar bu uşaqların ağıllarına da gəlməyib ki, nə vaxtsa onların iri portretləri prezidentləri olduqları ölkələrin ən gözəgəlimli yerlərindən asılacaq.
Beləliklə, Publika.az modern.az saytına istinadən dövlət rəhbərlərinin uşaqlıq illərindən yadigar qalan şəkilləri təqdim edir.
Azərbaycanın hazırki prezidenti İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. İlham Əliyev 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. Onun uşaqlıq illəri də Bakıda keçib...
Rusiya Federasiyasının prezidenti Vladimir Putinin baxışları uşaqlıq illərindən sərt və amansızdır.
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama o vaxt bilsəydi prezident olacaq, bir az ciddi dayanardı, heç olmasa ən azı dişlərini göstərməzdi.
Ukrayna prezidenti Petro Poroşenko şəkildə bir az kədərli görünür. Yəqin o vaxtdan ürəyinə damıb ki, Ukraynanın ən gərgin dövründə prezident seçiləcək.
Ukraynanın sabiq prezidenti Vuktor Yanukoviç isə gülür. Ancaq sona qədər gülə bilmədi.
Şimali Koreya lideri Kim Çen Inın uşaqlıqdan əmr və göstəriş verməyə meylli olduğu şəkildən də hiss olunur.
Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsinin bu şəkildə çox narazı və tərs baxışları əks olunub. Çox yəqin ki, şəkili çəkən sərxoş olub və belə vəziyyət balaca Borisi əsəbləşdirib.
Bu balaca qız isə Angela Merkeldir. O, elə gülə-gülə siyasi mübarizələrdə qələbə qazanaraq Almaniyanın kansleri olub.
Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev saçını uzatsa, illər öncə çəkdirdiyi bu şəkildən fərqlənməz.
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin bu şəkildəki baxışları hazırda Amerikadan Gürcüstana baxdığı baxışlarından heç də fərqlənmir.
İki nəfərin arasında dayanan bu uşaq isə SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovdur. O qanlı baxışları ilə sanki obyektivə deyil, SSRİ-nin xəritəsinə baxır.
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?