Sürücüdən insanlıq dərsi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sürücüdən insanlıq dərsi – FOTOLAR

Suriya artıq 4 ildir vətəndaş müharibəsinin iştirakçısıdır.

Alaa müharibə qurbanlarını xəstəxanaya çatdırmaq və ya yerindəcə müalicə xidməti göstərmək üçün təcili tibbi yardım maşınının sürücüsü kimi çalışır. Lakin asudə vaxtlarında o, özünü münaqişənin qurbanları olan digər canlılara - küçə pişiklərinə həsr edir.

Alaa münaqişə zamanı kimsəsiz və ac qalan pişikləri yemləməklə məşğuldur. O, hər gün qazancından 4 dollar kənara qoyaraq Hələb şəhərində yerləşən Masaken Hanano qəsəbəsində yaşayan 150 pişik üçün yem alır.

Qəsəbə artıq neçə illərdir insanlar tərəfindən tərk edilib. Alaanın dediyinə görə, o, artıq 2 aydır ki, pişikləri yemləmək və onların qayğısına qalmaqla məşğuldur.

Hələb ölkənin ən böyük şəhəridir və 2012-ci ildən etibarən burada döyüşlər davam etdirilir. Müharibə nəticəsində insanların yarıdan çoxu şəhəri tərk edib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm