Qatil məşhurlar - Onların arasında aktyor, yazıçı, hətta birinci ledi də var
Bizi izləyin

Bilgi.az

Qatil məşhurlar - Onların arasında aktyor, yazıçı, hətta birinci ledi də var

2013-cü il fevralın 14-də - əksər ölkələrin Sevgililər gününü qeyd etdiyi gün qısa məsafələrə qaçış üzrə 6 qat Paralimpiya oyunları qalibi və 2011-ci il Dünya Çempionatının gümüş mükafatçısı Oskar Pistoriuslə sevdiyi xanım üçün faciəvi hadisə ilə yadda qalır. 30 yaşlı fotomodel Reva Stemkamp əlamətdar günlə bağlı öz sevgilisinə sürpriz etmək üçün gecə saat 4-də onların ortaq evinə daxil olur. Evə quldurların daxil olduğunu düşünən Oskar Pistorius isə qapının arxasından bir neçə dəfə atəş açaraq sevgilsini qətlə yetirir. Onun bu işlə bağlı məhkəmə prosesi bütün dünyanın diqqətini cəlb etmişdi. Yekun hökm hələ ki çıxarılmasa da artıq məlumdur ki, tanınmış idmançı "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə mühakimə olunacaq.
Modern.az saytı Oskar Pistoriusun timsalında qəsdən, yaxud təsadüfən insan həyatına son qoymuş məşhurların siyahısın təqdim edir.

Metyu Broderik



Hollivud-un tanınmış aktyorlarından olan Metyu Broderik gəncliyində ölümlə nəticələnən yol qəzasının baiskarı olmuşdu. 1986-ci ildə baş rolunu ifa etdiyi "Ferris Bülerin istirahət günü" filminin böyük uğuru fonunda 21 yaşlı aktyor o zamankı sevgilisi Cennifer Qreylə istirahət üçün İrlandiyaya yollanır. İstirahət sırasında aktyor icarəyə götürdüyü BMW markalı maşınla qarşıdan gələn "Volvo" markalı maşına çırpılır. Aktyorun günahkar olduğu qəza nəticəsində "Volvo"dakı ana və qızı dünyalarını dəyişir. Metyu Broderikin isə ayağı sınır. Bir neçə ekspertiza və məhrumların ailəsinə yüksək məbləğdə kompensasiyadan sonra aktyor Amerikaya dönür və karyerasına davam edir. Broderikin özü hadisə barədə mətbuata danışmasa da, yaxın çevrəsi onun hələ də vicdan əzabından xilas olmadığını deyir.

Uilyam Berrouz



XX əsrin ikinci yarısında ABŞ-da populyar olan "bitnik" ədəbi cərəyanın ən aktiv üzvlərindən Uilyam Berrouz isə öz həyat yoldaşını qətlə yetirmişdi. Faciəvi hadisə 1951-ci il sentyabrın 6-da Meksikada baş vermişdi. İçki və əyləncə dolu günün sonunda Berrouz həyat yoldaşı Coan Volmerlə təhlükəli oyun oynamaq qərarına gəlir. Xanımının başına su ilə dolu bokal qoyan yazıçı tapança ilə hədəfi vurmaq istəyir. Lakin içkili vəziyyətdə olan Berrouzun atdığı güllə Coan Volmerin alnına dəyir. Zarafat kimi düşünülənən oyun yazıçının həyat yoldaşını öldürməsi ilə nəticələnir. Həbs edilən Berrouz "ehtiyatsızlıqdan adam ölıdürmə" maddəsi ilə 2 illik azadlıqdan məhrum edilir. Lakin qardaşının ona zamin durması və xeyrinə şahid ifadəsi verməsi hesabına 2 həftəlik həbsdən sonra o, azadlığa buraxılır. Sonralar hadisəni təəssüflə xatırlayan Berrouz məhz həyat yoldaşının ölümündən sonra özünü yazıçılığa həsr etdiyini etiraf edib.

Lora Buş


ABŞ-ın sabiq prezidenti Corc Buşun xanımı, 8 il ölkənin birinci ledisi olmuş Lora Buş da ölümlə nəticələnən yol qəzasının iştirakçısı olub. 1963-cü ildə hələ kollec tələbəsi olan Lora Buş idarə etdiyi maşınla işıqforun qırmızı işğında keçərək, əks tərəfdən gələn maşınla toqquşmuşdu. Özü xəsarət almasa da, digər maşındakı 17 yaşlı Maykl Duqlas adlı kollec yoldaşı dünyasını dəyişmişdi. Polis insidenti bədbəxt hadisə kimi qəbul etsə də, Lora Buş dostunun ölümünə görə uzun illər boyu özünə gələ bilməmişdi.

Fil Spektor



ABŞ-ın ən məşhur musiqi prodüserlərindən biri, "Rok-n-Rol"un şərəf zalında adı əbədiləşdirilən Fil Spektor aktrisa Lana Klarksonu qətlə yetirib. Hadisə 2003-cü il fevralın 3-də Lana Klarksona məxsus malikanədə baş verib. Prodüseri evində qonaq edən 41 yaşlı Klarkson aralarında yaranan münaqişə zamanı odlu silahla qətlə yetirilir. 64 yaşlı Fil Spektor onun ağız nahiyəsinə atəş açaraq qətlə yetirir. 4 illik məhkəmə prosesindən sonra 2007-ci ildə tanınımş prodüser 19 il müddətinə azadlıqdan məhrum olunub. Uzun illər boyu "Bitlz", "Ramones" kimi əfsanəvi qruplarla, müğənni Tina Törnerlə əməkdaşlıq edən Spektor sona qədər aktrisanın öz-özünü öldürdüyün iddia edib.

Sid Vişes



70-ci illərin sonunda qısa müddətli populyarlıq qazanan "Sex Pistols" pank rok qrupunun gitaraçısı Sid Vişes isə öz sevgilisi Nensi Spanceni qətlə yetirmişdi. Narkotik asılılığından əziyyət çəkən cütlük 1978-cu il oktyabrın 11-də növbəti dəfə narkotika qəbul etdikdən sonra Vişes sevgilisini bıçaqlayaraq qətlə yetirir. Həbs edilən Vişes tezliklə pul qarşılığında zaminə buraxılır. Lakin 1979-cu il fevralın 2-də narkotik maddə qəbulu zamanı dünyasını dəyişir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm