• USD 1,7003 0,00% EUR 2,0080 -0,30%
    • GBP 2,2601 +0,14% RUB 0,0297 +0,67%

Kişi ikimərtəbəli evini iPhone 6-ya dəyişir - FOTO

  • Bilgi.az
  • 8 Oktyabr 2014 10:26
  • 1 016 Baxış
Kişi ikimərtəbəli evini iPhone 6-ya dəyişir  - FOTO

Amerikanın Detroyt şəhər alqı-satqı agentlik saytında qəribə bir elan yerləşdirilib: "Öz ikimərtəbəli evimi satmağı və ya iPhone 6 Plus mobil telefonu ilə dəyişməyi təklif edirəm".

Üç yataq otaqlı kərpic ev hələ bir neçə ay bundan qabaq 5 min dollara satışa qoyulub. Avqust ayında isə evin qiyməti 3 min dollara enib. Lakin heç kim müflis olmuş şəhərdən ev almaq niyyətində olmayıb. Onda evin sahibi mülkü telefonla dəyişməyə qərar verib.

Ev alqı-satqı agentliyinin sahibi deyib: "Bu elan həqiqidir. Mənim müştərim sərhəddən kənarda yaşayır və bu sövdələşməni aparmağı mənə həvalə edib. Evin sahibi əvəzində 32 gigabayt yaddaşlı iPhone 6 Plus və ya iPad istəyir". Evin sahibi hazırda Avstriyada yaşayır və o, heç vaxt Detroytda yaşamayıb.

Adı açıqlanmayan kişi mülkü 2010-cü ildə kirayə verib dolanmaq üçün 41 min dollara alıb. Lakin evi kişiyə satan satıcı mülkü 1 həftə əvvəl 10,5 min dollara alıb. Bundan sonra şəhərin iqtisadi həyatında çətinlik yaranıb və ev kirayə götürmək istəyənlərin sayı getdikcə azalmağa başlayıb.

Alqı-satqı agentliyinə 4 insan müraciət edib. Müştərilərdən biri kimsəsiz evi iPhone 5-ə dəyişməyi, digər namizədlər isə mülkü 700 dollara almaq istədiyini deyib.

Qeyd edək ki, Detroyt şəhəri 2013-cü ilin dekabr ayından müflis elan edilib. Şəhərin borcu 18,5 milyard dollar, büdcə kəsiri isə 280 milyon dollardır.

Nura

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>