Bilgi.az
Qadın sünnəti FOTOLARda
Müasir və sivilizasiyalı cəmiyyətdə yaşasaq da, dünyada bizim qəbul edə bilməyəcəyimiz bir çox vəhşi adətlər hələ də qalmaqdadır.
Məsələn, keniyalı fotoqraf Ziqfrid Modola qızların sünnət edilməsi kimi vəhşi adət-ənənəni çəkərək buna nümunə göstərib.
Yeniyetmə qızlar üçün keçirilən sünnət mərasimi onları "nikaha hazırlamaq" (daha dəqiq desək, seksdən həzz almaq qabiliyyətindən məhrum etmək) xarakteri daşıyır. Bu mərasim Keniyada rəsmi olaraq 3 il bundan qabaq qadağan edilib. Lakin ayin hələ də de-fakto icra olunur.
Keniyada qadınların 25 faizi sünnət olunur. Qızların cinsi orqanlarının bir hissəsi istənilən bir alətlə kəsilir. Bu, ülgüc, qayçı və ya şüşə qırığı da ola bilər. Ən pisi odur ki, əməliyyat ağrıkəsicisiz yerinə yetirilir. Ayin daha çox Keniyanın kənd bölgələrində geniş yayılıb. Pokota qəbiləsində qızların xarici cinsi orqanları büsbütün kəsilir ki, o, gələcək əri ilə seksdən belə həzz ala bilməsin.
Sünnət əməliyyatını həmin qəbilədən olan qadınlar yerinə yetirir. Əməliyyat kəskin ağrı yaradır və qanaxmaya səbəb olur. Nəticədə, qız şok halı keçirə və gələcəkdə doğuş travması ala bilər. Mərasim "uşaqlıqdan qadınlığa" gedən yol kimi hesab olunur. Sünnətdən sonra qadınlara heyvan dərisi geyindirilir və onun üzü ağ rəngə boyanır.
BMT-ın hesabatına görə, Afrika və Yaxın Şərqdə 125 milyondan çox qadın sünnət olunub.
Nura
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev