Bilgi.az
Öləcəyiniz günü bilirsiniz?
İnsanın yuxu və oyaqlıqla bağlı rejimlərini müəyyən edən genlər vasitəsilə həm də insanın ölüm vaxtını müəyyən etmək olar. Publika.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə tədqiqatçı "AsapScience" elm mərkəzinin yaradıcısı Mitçel Moffit araşdırma aparıb.
Alimlər müəyyən ediblər ki, erkən və ya gec yatmağa görə ölüm vaxtını təyin etmək olar. Belə ki, doğumdan dərhal sonra insanın daxili saatı işə düşür və genetika onu lazımi formada qurmağa imkan verir. Kanadanın Toronto Universitetinin alimlərinin 2012-ci ildə apardıqları araşdırmalara görə, PER1 adlanan genlərdə insanın səhər və ya axşam saatlarında daha məhsuldar olacağı müəyyən olunur.
Tədqiqatçılar həmçinin PER1 genini insan öləndən sonra da analiz ediblər. Məlum olub ki, tez yatanlar həyatla daha çox səhər saat 11 radələrində, "bayquş"lar isə axşam saat 6 ərəfəsində ölürlər.
Gec yatan adamlar səhər də gec oyanırlar və səhər saatlarında az məhsuldar olurlar. Amma tez yatanlar isə onlardan fərqli olaraq səhər çox aktiv və pozitiv olurlar. Onlar həm də depressiyaya çox az hallarda düşürlər.
Bioloqların araşdırmalarına görə, daxili saat beynin strukturundan asılıdır. Bundan başqa o da müəyyən olunub ki, gec yatanlar həm də daha çox macəra axtaran, daha çox maliyyə məsələlərində bəxti gətirən, kreativ və risqə gedən olurlar.
Gülnar
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi