Arvad ərinin sevgilisini vəhşicəsinə döydü - VİDEO
Bizi izləyin

Bilgi.az

Arvad ərinin sevgilisini vəhşicəsinə döydü - VİDEO

Moskvanın "Vnukovo" hava limanının çıxışında onlarla sərnişinin gözü önündə insident yaşanıb. Xəyanət edilmiş arvad ərinin 43 yaşlı sevgilisi Svetlana adlı qadını döyərək ərini özü ilə aparıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, arvad ərini bir neçə saat müddətində güdüb. Onun əri hava limanında başqa bir qadını qarşıladıqdan sonra arvad onlara yaxınlaşıb. Ərinin sevgilisini görən qadın, hüquq mühafizə orqanlarına dediyi kimi, "ağlı başından" çıxıb və özünü ələ ala bilməyib.

Müşahidə kameralarının çəkdiyi videodan da göründüyü kimi, xəyanət edilmiş qadın ərinin sevgilisinin üzünə zərbə endirərək yerə yıxıb və bundan sonra ərini də götürərək gedib. Yerə yıxılmış Svetlana bir neçə dəqiqə yaşadığı şokdan özünə gələ bilməyib və asfaltın üstündə oturub. Yoldan keçənlərdən biri onun ayağa qalxmasına kömək edib.

Qadın xəstəxanaya aparıldıqdan sonra şikayət ərizəsi yazmaq üçün dərhal polis bölməsinə gedib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm