Yeni ildə hansı filmlərə baxmaq olar?
Bizi izləyin

Bilgi.az

Yeni ildə hansı filmlərə baxmaq olar?

Yeni ilin gəlməsinə saylı günlər qalıb. "Bu kino ki var" layihəsi Yeni il bayramı ərəfəsində baxmaq üçün məsləhətli filmlərin siyahısını təqdim edir.

"İntuisiya" (Serendipity), 2001

"Sevgi möcüzə kimi görünəndə ona tale adını verirsiniz.

Nəyisə dəyişmək istəyirsənsə, məzəli və ağılsız olmağa qorxma.

Əgər taleyimizdə görüşmək varsa, onda biz mütləq görüşəcəyik"

Əgər yeni ili romantik ovqatda keçirtmək istəyirsinizsə, Con Kyusak və Keyt Bekinseylin baş rol aldıqları "İntuisiya" filmini izləmək məsləhətdir. Film qəhrəmanlarının sevgi hekayəsi də elə Yeni il günlərində baş verir. Uzun illər sonra tale onları yenidən birləşdirir.

"Həqiqi sevgi" (Loce Actually), 2003

- O, səninlə evlənmək istəyir.

- Lakin mən onu heç həyatda görməmişəm.

- Nə fərqi var ki?

- Sən məni naməlum insana belə satmağa hazırsan?

- "Satmaq"? Kim dedi "satmaq"? Mən özüm ona pul verəcəyəm ki, səninlə evlənsin.

Yeni il axşamı romantik gün yaşamaq üçün ən münasib filmlərdən biri də, "Həqiqi sevgi" komediyasıdır. İngilis filmində baş qəhrəmanlar çoxsaylı çətinliklərdən keçərək, öz sevgisinə doğru gedirlər.

"Bayram" (The Holiday), 2006

- Əhvalın necədir?

- Əla bir oğlanla tanış olmuşam.

- Bəs deyirdin ki, heç zaman sevməyəcəksən. Yaxşı, onu təsvir elə!

- Çox yaraşıqlıdır, onunla əla vaxt keçirirəm, tamamilə tanış olmayan hisslər yaşayıram. Yeri gəlmişkən, onun tezliklə 90 yaşı olacaq.

"Bayram" filmi də iki insanın bütün çətinlikləri aşaraq bir-birini tapmasına həsr olunub. Film Yeni il klişesindən bir qədər uzaqlaşaraq mübahisə, münasibətlərə aydınlıq gətirilməsi və xəyanət səhnələri ilə boldur. Amma qısa onu deyək ki, film yaxşı bitir. Axı qarşıdan Yeni il gəlir, hər şey pozitiv olmalıdır.

"Bridcit Consun gündəliyi" (Bridget Jones’s Diary), 2001

- Nəyə görə televiziyada işləmək qərarına gəldiniz?

- Uşaqlarla ünsiyyət qurmağı çox sevirəm. Onlar bizim gələcəyimizdir.

- Sizin uşaqlarınız var?

- Allaha şükür, yox.

Yeni il axşamlarının ən möhtəşəm filmlərindən biri də "Bricit Consun gündəliyi"dir. Başqa cür də ola bilməzdi, axı filmdəki komik hadisələr Milad günü başlayır. Ona öz sevgiliniz və dostlarınızın əhatəsində də baxa bilərsiniz. Əmin olun ki, hər şey çox şən keçəcək.

"Ailəli kişi" (The Family Man), 2000

- Piter, sənin evə, yolka qurmağa tələsdiyini görmürəm.

- Çünki mən yalnız pul haqda düşünən ürəksiz tiranam.

- Elə ona görə də, Allah səni sevir.

Filmin qəhrəmanı Nikolas Keyc nəhəng korporasiyanın təmtəraqlı həyat tərzi keçirdən menecer vəzifə çalışır. O, qəfildən ailəli və sadə nir işlə məşğul olan adi insana çevrilir. Daha dəqiq desək, bu yeni il möcüzəsidir. Nikolasın başına gələnlər isə bayram əhvali-ruhiyyəsini qaldırır.

"Evdə tək" (Home Alone), 1990

"Böyüyəndə evlənəcəyəm. Görərsiniz, onda tək yaşayacağam".

- Biz onu unutduq! Mən belə hərəkəti necə edə bilərdim?

- Biz onu unutmadıq. Sadəcə, düz saymamışıq...

- Mən nə anayam belə?

- Əgər bu, səni sakitləşdirirsə, qoy deyim ki, mən də oxumaq üçün eynəyimi unutmuşam.

Yeni il filmləri ayrıca janrdır. Bu elə bir janrdır ki, uşaqlar da daxil olmaqla bütün ailə üzvləri ilə baxmaq olur. Yeni ilin ən unudulmaz filmi dedikdə isə çox adam yekdilliklə "Evdə tək" komediyasına seçir. "Evdə tək 2" də maraqlılığına görə birinci hissəsindən geri qalmır. Evdə tənha qalan uşağın başına olmazın hadisələr elə Yeni il günlərində gəlir. Film sanki bütün zamanların Yeni ilində baxmaq üçün çəklib.

"Qıvırcıq Syu" (Curly Sue), 1991

- Sən nəyə görə atanı Bill deyə çağırırsan?

- Ətrafda çox adam olanda mən "Ata!" deyib çağırsam, onda 50 kişi dönüb mənə baxacaq. Yox, əgər "Bill" çağırsam, onda maksimum 2 nəfər baxacaq. Vaxta qənaət naminə atamı adı ilə çağırıram.

"Qıvırcıq Syu" yeni il üçün növbəti gülməli, təsirli və mehriban filmdir. Filmin qəhrəmanları – fırıldaqçılar, kişi və onun qəyyumluğunda olan balaca bir qızdır. Onların növbəti hiyləsi baş tutur: gənc, zəngin bir qadın onları evində yaşamağa dəvət edir...

"Miladı oğurlayan Qrinç" (How the Grinch Stole Christmas), 2000

- Əzizim, bizim uşağımız buradadır.

- Bilirsən, o necədə sənin müdirinə bənzəyir...

- Salam!

- Salam!

- Necəsən?

- Necəsən?

- Mən birinci soruşdum!

- Mən birinci soruşdum!

- Bu nə uşaq bağçasıdır? Dediklərimi təkrar edirsən.

- Bu nə uşaq bağçasıdır? Dediklərimi təkrar edirsən.

- Mən gicbəsərəm!

- Sən gicbəsərsən.

- Yaxşı. Mən daha səninlə danışmıram. Elə pıçıltı ilə danışacağam ki, divara dəyib əks-səda verən səsimi belə eşitməyəcəyəm.

- Sən gicbəsərsən.

"Miladı oğurlayan Qrinç" komik və təsirli filmində Cim Kerri yaşıl rəngli Qrinç kimi qrim olunaraq, hamının sevimli Yeni ilinə birdəfəlik son qoymağa çalışır.

"Pis Santa" (Bad Santa), 2003

- Santa Klauslara hər zaman marağım olub. Bu, uşaqlıqdan qalma maraqdır.

- Mənim isə uşaqlıqdan qadın sinəsi xoşuma gəlib.

Qeyri-ənənəvi bayram kinosuna üstünlük verirsinizsə, o zaman "Pis Santa" əsəri sizin zövqünüz üçün hazırlanıb. Rejissor Terri Sviqoff həqiqətən də ənənədənkənar Santa haqda film çəkib. Bu Santanın "çox mehriban" adət-ənənəsi var: hər il univermaqdan oğurluq etmək. Ümumiyyətlə, uşaqların sevimlisi Santa qadın, içki və əyləncə aludəçisidir. Lakin bütün bunlar Santanın balaca oğlanla tanışlığına qədər davam edir.

Tərcümə: Nərmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm