Bilgi.az
Arvadının çox pul qazanmasını qısqanıb... - FOTOLAR
İşsiz qalan meksikalı tikinti ustası öz qaçırılmasını təşkil edərək arvadından pul qoparmağa çalışıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Mexiko şəhərindən olan 36 yaşlı Eliot Qarrido Quido dostu Karlosla birgə özünün qaçırılmasını təşkil edib. Karlos onun əl-qolunu bağlayıb və bu vəziyyətdə şəkillərini çəkib. Sonra isə şəkilləri Eliotun arvadına göndərib, ərinin əvəzində ondan 450 dollar istənilib.
Meksika hüquq mühafizə orqanlarının fikrincə, Eliot öz qaçırılmasını bankda işləyən və ondan çox qazanan arvadına həsəd apardığı üçün təşkil edib.
Ərinin qan içində olan şəkillərini görən Eliotun arvadı deyib: "Fotoları görəndə gözlərimə inanmadım. Ərimin azad edilməsi üçün 7 min peso (450 dollar) istəyirdilər. Əgər pulu ödəməsəm, canilər ərimi öldürməklə hədələyirdilər. Çox həyəcan keçirdim və onlarla əlaqə yaradanda mənə pulu gətirməyim üçün ünvan dedilər. Canilər ərimin Playa del Karmen şəhərində saxlandığını bildirdilər. Amma pulları Mexiko şəhərində yerləşən ünvana gətirməli idim. Mən onlardan bunun səbəbini soruşdum. Lakin dəqiq cavab vermədilər. Bu zaman polisə müraciət etmək ağlımdan keçdi. Çünki canilərə inanmırdım".
Deyilən ünvana polis gələndə Elio və Karlos mənzildə olublar. Onların hər ikisi günahını etiraf edib. Canilər 5 il azadlıqdan məhrum edilə bilərlər.
Nura
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"