Bilgi.az
Ən nüfuzlu ərəb qadınlarının adları açıqlandı
"Arabian Business Magazine" jurnalı dünyada yaşayan ən nüfuzlu 100 ərəb qadınının illik reytinqini açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, reytinqin birinci yerində Birləşmiş Ərəb Əmirliyinin beynəlxalq əməkdaşlıq və inkişaf naziri Şeyxa Lübna Əl-Qasımi qərarlaşıb.
Jurnalın verdiyi məlumata görə, Əl-Qasımi nəinki regionda, hətta bütün dünyaya təsir edir. Bundan əlavə, Əl-Qasımi qadınların hüquqları ilə mübarizə apardığı üçün nüfuzlu insan hesab edilir. Məsələn, keçən il BƏƏ hökuməti Yəmən və Pakistanda qızların təhsil alması üçün qrant ayırıb. Qrantın ayrılmasında nazir qadının rolu böyükdür.
İkinci yerdə isə Hollivud aktyoru Corc Kluninin arvadı Amal Klunidir (Alamuddin). Onun adı ilk dəfədir ki, siyahıya düşür. Siyahını hazırlayanlar onun Culiana Assanja və Yuliya Timoşenkonun vəkili qismində göstərdiyi xidmətlərini nəzərə alıb.
Reytinqin üçüncü yerində Loucan Hatlulun adı qeyd olunub. O, 2014-cü ildə Səudiyyə Ərəbistanında avtomobil idarə etdiyi üçün həbs olunub (ölkə qanunlarına görə, qadınlar maşın sürə bilməz). Hatlul 2 ay həbsxanada qaldıqdan sonra bu ilin fevral ayında azadlığa buraxılıb. Reytinqi hazırlayanların verdiyi xəbərə görə, Hatlulun hərəkəti qadınların hüquqları haqda müzakirələri gündəmə gətirib.
Siyahının hazırlanmasında hansı metodologiyadan istifadə edildiyi açıqlanmır.
Nura
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər