Bilgi.az
Dünyanın ən nüfuzlu adamı kimdi? - FOTOLAR
"Time" jurnalının apardığı sorğunun nəticələrinə görə, Vladimir Putin dünyanın ən nüfuzlu adamlarının reytinqinə başçılıq edir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Time" jurnalı hər il mütəmadi olaraq oxucuların səs verməsi əsasında dünyanın 100 ən nüfuzlu adamlarının reytinqini tərtib edir. Jurnal builki sorğunun ilkin nəticələrini dərc edib.
Rusiya prezidenti Vladimir Putin ilk pilləni tutub. İkinci yerdə isə bərabər səs çoxluğu ilə CL təxəllüsülü, Cənubi Koreyadan olan müğənni Li Çxerin qərarlaşıb. Üçüncü yeri isə Ledi Qaqa zəbt edib.
Barak və Mişel Obama cütlüyü də bu siyahıya daxildir. Onlar müvafiq olaraq 11-cü və 12-ci yerləri öz aralarında bölüşdürüblər.
Bir çox avropa reytinqlərinin daimi qalibi Angela Merkel Madonnaya məğlub olaraq, yalnız 25-ci yerdə qərarlaşa bilib.
Jurnal səsvermənin nəticələrini aprelin 13-də elan edəcək.
Üç gün sonra isə 100 ən nüfuzlu adamlarının siyahısı tam açıqlanacaq.
Xatırladaq ki, Rusiya lideri iki dəfə - 2014 və 2013-cü illərdə - "Forbes" nəşrinin analoji reytinqə başçılıq edib.
Aytən
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək