Qan analizi vasitəsilə ölüm tarixini müəyyənləşdirmək olur
Bizi izləyin

Bilgi.az

Qan analizi vasitəsilə ölüm tarixini müəyyənləşdirmək olur

Qan analizi vasitəsilə ölüm tarixini müəyyənləşdirmək olur

Yeni qan analizi metodu hazırlanıb. Yeni metod yaxın 5 il müddətində ölüm riskini müəyyənləşdirmək imkanı yaradır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Finlandiya və Estoniya mütəxəssisləri 17 min sağlam insandan qan nümunələrini götürərək onları 100-dən çox birləşmə ilə skaynerdən keçiriblər.Alimlər analizlərlə yanaşı, bir neçə il müddətində təcrübə üçün qan verən insanları da izləyib, təcrübə aparılan müddət ərzində həlak olanların qanlarını sağ qalanların qan analizləri ilə müqayisə ediblər.

Aparılan araşdırma zamanı həkimlər yaxın zamanda öləcək insanların orqanizmində 4 Biomarker birləşməsi olduğunu müəyyənləşdiriblər. Hansı ki, həmin birləşmələr insanlarda onkoloji xəstəliklərə, infarkt, iflic və digər ölümcül patologiyalara gətirib çıxarır.

Bildirilib ki, birləşmələr vasitəsilə insan orqanizmində olan gizli xəstəlikləri və 5 il müddətində yaşayıb yaşamayacağını müəyyənləşdirmək mümkündür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm