Qəbul imtahanları üçün ödənişlərin məbləği dəyişə bilər - DİM
Bizi izləyin

Elm və təhsil

Qəbul imtahanları üçün ödənişlərin məbləği dəyişə bilər - DİM

“Ödənişlərin artırılmasına təsir göstərə bilər”.

“Gələcəkdə qəbul imtahanlarının daha da mürəkkəb olması imtahanda iştirak üçün ödənişlərin artırılmasına təsir göstərə bilər”.

Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, gələcəkdə qəbul imtahanları üçün ödənişin məbləği dəyişə bilər: “Bu, daimi prosesdir və Tarif Şurası tərəfindən bu məsələ daim diqqətdə saxlanılacaq”.

M.Abbaszadə müəyyən şəxslərin qəbul imtahanını bir növ oyuncağa çevirdiyini və imtahanların ödənişli olması haqqında qərarın məsuliyyətsizliyi aradan götürəcəyini deyib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm