Bakıda uşaq oğrusuna 12 il cəza verildi - HÖKM
Bizi izləyin

Cinayət dünyası

Bakıda uşaq oğrusuna 12 il cəza verildi - HÖKM

Bakıda uşaq oğrusuna 12 il cəza verildi.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirləndirilən Sənan Qasımzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, ötən il mayın 30-da naməlum şəxs Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir rayon sakini, 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anası Afət Qasımovadan 20 min manat pul istəməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, 23 yaşlı Sənan Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan Cəfər Qasımov isə azad olunaraq ailə üzvlərinə təhvil verilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Sənan Qasımzadə 12 il müddətinə azadlıqdan məhrum edilib. (Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm