Cinayət dünyası
Lənkəranskini ələ vermiş “qanuni oğru” “cənnətə” göndərildi
Ötən həftə İtaliyaya ekstradisiya olunan “Cemo” ləqəbli
Cemal Mikeladze haqda yeni məlumatlar; onun “Lənkəranski” ilə bağlı
yazdığı məktubda nələr vardı?
Yanvarın 20-də “Şeremetyevo” hava limanında “Moskva-Roma” reysi ilə
“Cemo” ləqəbi ilə tanınan 41 yaşlı “qanuni oğru” Cemal Mikeladze
İtaliyaya ekstradisiya olunub. 2014-cü ilin iyun ayında “Cemo”ya
Bari məhkəməsinin hökmü ilə 15 il müddətinə qiyabi olaraq həbs
cəzası kəsilib və barəsində axtarış elan olunub.
İtaliya polisi həmin vaxt “qanuni oğru”nun gizləndiyini yox, həbsdə
olduğunu bilirdi. “Cemo” 2014-cü ilin fevralında narkotik
saxladığına görə 3 illik həbs cəzası almışdı və Kemerovo şəhərində
həbsxanada idi. Vəkilləri “Cemo”nun cəzasının 2 il 2 aya
endirilməsinə nail olublar və o, ötən həftə Moskvadan İtaliyaya
etap olunub.
Primecrime.ru saytının xəbərinə görə, “Cemo” İtaliyada transmilli
cinayətkar assosiasiyanın yaradılmasına görə axtarılırdı. Həmin
assosiasiya müxtəlif ölkələrdə, o cümlədən İtaliyada bir sıra
cinayət əməlləri - mənzil oğurluqları, təhdidlə pul alınması,
rüşvət, qeyri-qanuni yollarla əldə olunmuş pulların “yuyulması”,
sənədlərin saxtalaşdırılması və s. törətməkdə ittiham olunur.
Onun sonrakı taleyi Rusiya vətəndaşlığının ləğv edilməsi ilə
bağlı verdiyi şikayətdən asılı olacaq. Əgər məhkəmə “Cemo”nun
vətəndaşlığını bərpa edərsə, o zaman cəzasını Rusiyada çəkə bilər
ki, bu da az inandırıcı görünür. Çünki bundan əvvəl də Rusiya daha
bir nüfuzlu “qanuni oğru” Merab Canqveladzenin (“Merab Suxumskli”)
də vətəndaşlığını ləğv edib. O da hazırda İtaliyadan Qazaxıstana
ekstradisiyasını gözləyir... Ümumiyyətlə isə İtaliya həbsxanaları
Rusiya ilə müqayisədə “cənnət” hesab oluna bilər.
Rusiya mənbələri iddia edir ki, “Cemo”nun polisin əlinə düşməsində
onun düşməni, “qanuni oğru” Vaqif Süleymanovun (“Vaqif Bakinski”)
əli var.
Cemal Mikeladze 1976-cı ildə Gürcüstanda anadan olub. O, “qanuni
oğru” adını 23 yaşında almasına baxmayaraq, tezliklə Moskvadakı
gürcüstanlı kriminal qruplaşmalar arasında hörmət qazanıb. Deyilənə
görə, “Cemo”nu kriminal dairələrdə cəlbedici edən onun adətən
“oğrulara” xas olmayan xarizmasıdır.
“Cemo” kriminal aləmdə ötən il Türkiyədə qətlə yetirilən “qanuni
oğru” Rövşən Canıyevin (“Lənkəranski”) ən yaxın adamlarından biri
kimi də tanınıb. Amma 2014-cü ildə həbs edildikdən sonra
“Lənkəranski”ni satması kriminal aləmdə çaxnaşma yaratmışdı. Onun
həbsdən hüquq-mühafizə orqanlarına yazdığı iddia edilən məktubunda
“Ded Xasan”ın qətli ilə bağlı “sirlər açılırdı”. Məktubda iddia
edilirdi ki, “Ded”lə bağlı qətl planını müzakirə etmək üçün “Rövşən
Lənkəranski”, Merab və Levan Canqveladze qardaşları Romada
görüşüblər. Sonrakı görüşdə isə Levan Canqveladzeyə “Val” tüfəngi
verilib. Mikeladzenin məktubunda qətl planının maliyyəsinin və
həyata keçirilməsinin əsas fiqurantı kimi “Rövşən Lənkəranski”nin
adı keçirdi. Sonradan məktubu “Ded” klanının ortaya atdığı barədə
şübhələr üzə çıxdı. Amma bu iddialar bu günədək də nə təsdiq, nə
təkzib edilib.
“Cemo”nun “Rövşən Lənkəranski”yə güvənərək özündən yaşca böyük
“qanun oğru” “Vaqif Bakinski”yə “kəllə atması” da kriminal aləmdə
uzun müddət müzakirə olunub. Rusiya KİV-lərinin onu yenidən
xatırlatması isə onu göstərir ki, mövzu qapanmayıb.
Hadisə 2010-cu ildə “Rövşən Lənkəranski” ilə “Vaqif Bakinski”
arasında “sxodka”da baş verib. “Lənkəranski” ilə V.Süleymanov
münasibətlərini aydınlaşdırmaq üçün Rublevski yaxınlığında
“Cemo”nun böyük qardaşı Mamukonun elit kottecində “sxodka”ya
toplaşıblar. “Rövşən Lənkəranski” tərəfdən söhbətə “qanuni
oğru”ların ağır artirelliyası hesab olunan Gela Kardava, “Robunzon”
və “Paat Malenkiy” iştirak edib. Vaqif Süleymanov isə görüşə “Ded
Xasan”ı təmsil edən “Vasi Voskreslə” gəlib. “Sxodka” məhz “Cemo”
söz alandan sonra davaya çevrilib. Onun azərbaycanlı “qanuni
oğru”ya iradına Vaqif Süleymanov adekvat cavab verib. “Cemo” “Vaqif
Bakinski”ni vurmaq istərkən özü zərbə alıb. 2011-ci ilin iyununda
hələ o zaman sağ olan “Ded” “Cemo”nu “qanuni oğru” adından məhrum
edib.
Bu qərarı o, “Cemo”ya hamının iştirakı ilə telefonda elan edib.
“Lənkəranski”nin qətlinə qədər “Cemo” ilə münasibətlərinin hansı
səviyyədə olduğunu indi demək çətindir. Amma “Cemo” nun
“Lənkəranski” dən sonra “boy göstərəcəyi” gözlənilmirdi. Təsadüfi
deyil ki, primecrime. ru “Cemoi”nun ekstradisiyası ilə bağlı xəbərə
“Çao qenaçvale” (gürcü dilində yoldaş, dost deməkdir-O.) başlığı
verib... (musavat)
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"