Serenayla Sinemin dekoltesi toyun əsas qəhrəmanlarını kölgədə qoydu – FOTO
Bizi izləyin

Dəb

Serenayla Sinemin dekoltesi toyun əsas qəhrəmanlarını kölgədə qoydu – FOTO

Türkiyənin ən parlaq ulduzları Fahriye ilə Burakın toyuna nə geyindi?

Mükəmməl bədən quruluşu sayəsində istənilən geyimi özünə rəva görən müğənni Serenay Sarıkaya Fahriye Evcenlə Burak özçivitin toyuna geyindiyi libası ilə hər kəsi təəccübləndirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur aktrisa dərin yarığı və çiyinləri açıq olan çəhrayı rəngli ziyafət libası ilə toyun əsas qəhrəmanlarını kölgədə qoyub. Toya sevgilisi Kerem Bursinlə birlikdə gələn ulduzun geyimi müzakirə obyekti olub. Mərasimdən öncə mətbuatın qarşısına keçən Sarıkaya dərin dekoltesi ilə diqqətləri üzərinə çəkib.

Aktyor Kənan İmirzalıoğlu ilə evli olan aktrisa Sinem Kobal da rəfiqəsinin toyu üçün olduqca cəsarətli libas seçib. O, gümüşü rəngli, kürəyi açıq mini parıltılı donu ilə göz qamaşdırıb.

Bu yaxınlar ayrıldıqlarını elan edən Murad Bozla Aslı Enver də dostlarını xoş gününə birlikdə gəlib. Daim təvazökarlığı ilə seçilən Aslı həmkarlarından fərqli olaraq toya sadə, güllü, uzun paltarda təşrif buyurub.

Yeri gəlmişkən qeyd edək ki, ifaçı aylar sonra ilk dəfə instaqramda Aslı Enverle fotosunu paylaşıb.

Aktrisa Ebru Akel isə zümrüd rəngli, klassik əlbisəsi ilə seçilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm