• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nağıl qəhrəmanlarından ilhamlanan dizaynerdən əsrarəngiz kolleksiya - FOTOLAR

  • Dəb
  • 6 İyul 2015 10:45
  • 434 Baxış
Nağıl qəhrəmanlarından ilhamlanan dizaynerdən əsrarəngiz kolleksiya - FOTOLAR

Dünən Parisdə Yüksək Moda Həftəsinə start verildi. Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dəb həftəsini açmaq şərəfi Ulyana Serqeyenkoya nəsib olub. Dizayner üçün bu tədbir müəyyən mənada debüt olub. Məsələ burasındadır ki, bu il Paris Sindikatının müşahidə şurası “Ulyana Sergeenko” moda evinə Yüksək Moda Həftəsində iştirak etmək üçün rəsmi iştirakçı statusu verib.

Dizayner növbəti kolleksiyasını hər zaman olduğu kimi, nağıl və film qəhrəmanlarından ilhamlanaraq yaradıb. O, ənənəsinə sadiq qalaraq keçmiş zamanların ən yaxşı dəstlərini dəyişməklə əsl sənət əsərləri təqdim edib. Bundan əlavə, 2015 payız-qış mövsümünə aid kolleksiyasında həmişəki kimi retro ovqat hiss olunub. Kolleksiyaya "qum saatı", zərif siluetlər, axan parçalardan hazırlanan yaradılan midi və maksi donlar daxil idi.

Dizayner aksessuarlara xüsusi diqqət ayırıb. Xüsusilə, xəzdən tikilmiş pomponlu ayaqqabılar və dairəvi mirvari çantalar ilk baxışda heyranedici görünürlər. Bu aksesssuarlar dizaynerin modapərəstlərin rəğbətini qazanmasına zəmanət verir.

Aytən

Xəbər lenti

DAHA ÇOX XƏBƏR