Dünya
Dini liderdən diplomatik dərs: “Gülümsə, ağlını işlət!”
Xəbər verildiyi kimi, Vyanada keçirilən İran və “altılıq” (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və Almaniya) nüvə danışıqlarında gərginlik yaşayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei müzakirələrdə əsəbi davranan xarici işlər naziri Məhəmməd Cavad Zərifln davranışlarından narazılığını bildirib.
Məlumata görə, İranın dini lideri Cavad Zərifə müzakirələrdə səsini yüksəltməməsi barədə xəbərdarlıq edib. Dini lider müzakirələrdə gülümsəməyi və ağlı işlətməyi məsləhət görüb.
Qeyd edək ki, dünyanın aparıcı ölkələrinin oturduqları anlaşma
masasında liderlər səslərini qaldırmalı olublar. Gərgin keçən
müzakirələr zamanı iştirakçılar arasında mübahisə yaşanıb. Avropa
Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi Federika Moqerini İran xarici işlər naziri Məhəmməd
Cavad Zəriflə yüksək səs tonu ilə danışıb.
"Müzakirələrdə heç bir nəticənin əldə olunmaması o deməkdir ki,
biz sadəcə vaxt itiririk", - Federika Moqerini iranlı nazirə
əsəbiləşib. Cavad Zərif isə avropalı ali nümayəndənin həmin dəqiqə
cavabını verib: "Bizi təhdit etmə. Sən bir iranlını əsla təhdit edə
bilməzsən".
Eyni gündə Cavad Zərif ilə ABŞ dövlət katibi Con Kerri arasında da
“bir səsli döyüş”ün baş verdiyi Kerrinin həmkarına “Binadakı hər
kəs bizi eşidir” deyərək xəbərdarlıq etdiyi ortaya çıxıb.
Ömər Dağlı
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi