Hərbçilər prezident Poroşenkoya ultimatum verdilər
Bizi izləyin

Dünya

Hərbçilər prezident Poroşenkoya ultimatum verdilər

Ukraynanın Silahlı Qüvvələrinin tank briqadasının 2-ci batalyonunun döyüşçüləri prezident Pyotr Poroşenkoya ultimatum veriblər.

Publika.az RİA agentliyinə istinadən xəbər verir ki, döyüşçülər yaydığı videomüraciətində batalyondakı özbaşınalıqdan şikayətləniblər.

Videomüraciətdə bildirilir ki, dövlət başçısı orduda baş verən özbaşınalıqlara müdaxilə etməyənə kimi komandanlığın heç bir əmrinə məhəl qoymayacaqlar. Hərbçilər Poroşenkoya şikayət ediblər ki, onların batalyonunda bir il ərzində heç bir yenilənmə olmayıb və briqada komandiri öz funksiyalarını yerinə yetirmək istəmir.

Bundan başqa, döyüşçülər pis maddi təminatla bağlı şikayət ediblər. Bildiriblər ki, onlara yalnız könüllülər kömək edirlər.

İyunun 4-də Ukrayna prezidenti 2016-cı ildə müdafiə xərclərinin artırılacağını açıqlayıb. Ölkənin maliyyə naziri Natalya Yareskonun proqnozlarına görə, 2015-ci ildə hərbi xərclər dövlət büdcəsinin üçdə birini təşkil edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm