Dünya
Putin müsəlmanları təbrik etdi
Rusiya prezidenti Vladimr Putin müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
O, təbrikini Rusiyada yaşayan müsəlmanlara ünvanlayıb. "Müqəddəs
Ramazan bayramı özündə dərin mənəvi məna, imanın möhkəmlənməsi
sevincini, mənəvi paklanma və özünümükəmməlləşdirməni ehtiva edir",
- deyə Putin təbrikində deyib.
O həmçinin bildirib ki, bu bayramı tək zəngin süfrə ilə deyil, eyni zamanda ehtiyacı olanlara diqqət və qayğı göstərməklə qeyd edirlər. Vladimir Putin müsəlmanların Rusiyanın həyatında fəal iştirakının çox əhəmiyyətli olduğunu da deyib: "Onların dövlət və ictimai strukturlarla qarşılıqlı əlaqələri durmadan inkişaf edir. Onlar xeyriyyə, təhsil sahəsində də çox işlər görürlər."
Rusiya prezidenti müsəlmanların ekstremistlərə qarşı müqavimətindən də danışıb. "Müsəlmanların ekstremistlərin islam dəyərlərini məhv etmək, müsəlmanlar arasında düşmənçilik və dözümsüzlük toxumları səpməsinə qarşı prinsipial mövqeyi də böyük hörmətə layiqdir. Belə məhsuldar və çoxşaxəli fəaliyyət insanlar arasında dostluq və anlaşmanın möhkəmlənməsinə, ölkədə sülh və anlaşmanın qorunmasına kömək edir", - deyə Vladimir Putin bildirib.
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi