
Rusiya xarici işlər naziri Sergey lavrov azərbaycanlı
həmkarı Elmar Məmmədyarovla görüşdən sonra erməni həmkarı Edvard
Nalbandyanla zəng edib.
Publika.az Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına
istinadən xəbər verir ki, telefon danışığında Ermənistan -
Azərbaycan münaqişəsinin nizamlanması prosesi müzakirə edilib.
Rusiyalı nazir Nalbandyana bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə
dair danışıqları intensivləşdirməyin vaxtı çatıb.
Qeyd edək ki, Elmar Məmmədoyarov Moskvaya səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Lavrov Elmar Məmmədyarovla görüşdə də münaqişənin həllinin vaxtı çatdığını deyib.