Dünya
Vəhşilik: cücələri öldürüb oyuncaq kimi satırlar - FOTOLAR
Tailandda dəhşətli bir hadisənin üstü açılıb. Sən demə, cücələr boyanaraq plastik sellofanların içinə qoyulur. Canlı orada havasızlıqdan boğulub öldükdən sonra cücələri oyuncaq adı ilə uşaqlara satırlar.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu vəhşiliyi Tailandın Ko Lanta adasında dincələn turistlərdən biri müşahidə edib. O, cücələri daşıyan yük maşının arxasında çəhrayı rəngə boyanmış cücəni tapıb. Yerdə qalan cücələr isə sellofanın içində qalaraq boğulmağa davam edib.
“Dəniz kənarında gəzişərkən qumluqda çəhrayı cücənin gəzdiyini gördüm. O, yaxınlıqdakı yük maşınından düşmüşdü. Yük maşınına tərəf boylandım. Orada cürbəcür rəngə boyanmış canlı cücələr sellofanın içindı boğulurdu. Sanki çəhrayı cücə bu faktın üstünün açılması üçün bizi maşına tərəf aparmışdı. Hava 35 dərəcə isti olduğu üçün cücələr dimdiyi ilə sellofanı cırmağa çalışırdı lakin onlar xilas ola bilmirdilər. Biz bir neçə sellofanın ağzını açdıq”, - 33 yaşlı turist və fotoqraf Cina Cons deyib.
Müxtəlif rənglərə boyanmış cücələr ucuz oyuncaq kimi çimərlikdə uşaqlara satılır.
Qeyd edək ki, Tailand heyvanlara qarşı qəddarlığı ilə məşhurdur.
Nura
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO
-
Magazin17 May 23:07
“Avroviziya-2024”ün birinci yarımfinalı başladı - CANLI
-
Cənubi Qafqaz7 May 22:52
Ermənistanda əsgər GÜLLƏLƏNDİ