Ermənistan fırıldaqçı ölkələr SİYAHISINDA
Bizi izləyin

Dünya

Ermənistan fırıldaqçı ölkələr SİYAHISINDA

Ermənistan və Kipr turizm fırıldağı ilə məşğul olan Avropa ölkəsi elan edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən ölkələr turizm fırıldağı ilə məşğul olan ən pis Avropa ölkələri siyahısında 9-cu yerdə qərarlaşıblar. Çünki ölkələrin hər ikisində Britaniya sakinlərinin 4,4 faizi fırıldağın bu və ya digər formaları ilə qarşılaşıblar.

Böyük Britaniyada aparılmış sorğuya əsasən, sakinlər Avropa ölkələri arasında daha çox İspaniyada fırıldaqçılıqla üzləşib. Belə ki, hər beş britaniyalıdan biri cibgirlərin qurbanı olub, taksidə gediş haqqını normadan artıq ödəyib.

Siyahının ikinci pilləsində Fransa qərarlaşıb. Reytinqə görə, britaniyalıların 15 faizi bu ölkədə fırıldaqla üzləşib. Üçüncü pillədə İtaliyada, dördüncü pillədə isə Türkiyə qərarlaşıb. Böyük Britaniyanın özü isə 8-ci yerdədir.

Fırıldağa cibgirlik, kirayəyə götürülmüş avtomobilin ödəniş haqqının çox olması, küçə ticarətçilərinin satdığı mallar, taksi haqqı və küçə cinayəti aiddir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm