Dünya
“Pijamalı kral”ın qızına cinayət işi açıldı - FOTO
“Doğan” Holdinqinin rəhbəri Aydın Doğanın qızı Hanzade
Doğan Boynerə cinayət işi açılıb.
Publika.az xəbər verir ki, İstanbul prokurorluğu
“Doğan” Holdinqinə daxil olan “Petrol Ofisi” şirkəti haqda 2007-ci
ildə başladığı istintaq işində əvvəlcə “Qaçaqmalçılıqla mübarizə
haqda” qanunu əsas götürsə də, sonradan istintaqa “mütəşəkkil
cinayətkarlıq” maddəsi də əlavə olunub.
İstintaq araşdırmalarında məlum olub ki, şirkət böyük miqdarda
vergidən yayınıb.
2007-ci ildə şirkətin rəhbəri olan Aydın Doğanın qızı Hanzade Doğan
polisə çağırılıb. Daha sonra o, Terror və Mütəşəkkil cinayətkarlığa
qarşı mübarizə bürosunda ifadə verib. O, bütün ittihamları rədd
edib. Hazırda istintaq davam edir.
Qeyd edək ki, A. Doğana vaxtilə baş naziri evində pijama ilə
qarşıladığı üçün “pijamalı kral” da deyirlər. Bir müddət Türkiyədə
əsas söz sahiblərindən olan Doğan hazırda əvvəlki gücünü
itirməkdədir.
Asif Nərimanlı
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO