Oğlunu xilas etmək üçün uşaq başı kəsdi
Bizi izləyin

Dünya

Oğlunu xilas etmək üçün uşaq başı kəsdi

Nepalın cənub-qərbində yerləşən Kudiya kəndində dəhşətli hadisə baş verib. Kənd sakini xəstə oğlunu xilas etmək üçün 10 yaşlı Civan Koxarenin başını kəsib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, kişini bu yola kənd cadugəri sürükləyib. Yerli cadugərin sözü ilə Koday Harican şəhər meydanında oynayan 10 yaşlı Civan Koxarı aldadaraq onu kəndin kənarında yerləşən məbədə aparıb. Qatil uşağa 50 rupi (49 sent) və peçenye verəcəyinə söz verib.

Kişi Civanı alaqaranlıq məbədə salaraq orada başını kəsib. Ayini qətl cadugərin gözləri qarşısında baş verib.

İtkin düşmüş uşağın valideynləri polisə müraciət ediblər. Polis Koday Haricanı tezliklə tapa bilib. Sən demə, cadugərdən başqa daha 5 nəfər də onunla əlbir olub. Onların hamısı öz günahını etiraf edib.

Cinayətkarlara ömürlük cəza verilə bilər. Qətlə əl atan Haricanın xəstə oğlu haqda heç bir məlumat verilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm