Əsəd gedir, terror məhv edilir, azərbaycanlılar xilas olur: ABŞ-ın qarşısına qoyulan ŞOK FOTO
Bizi izləyin

Dünya

Əsəd gedir, terror məhv edilir, azərbaycanlılar xilas olur: ABŞ-ın qarşısına qoyulan ŞOK FOTO

Türkiyənin “Yeniçağ” qəzetinin köşə yazarı Ahmet Takan indiyə qədər gizli saxlanılan şok faktı ortaya çıxarıb.

Publika.az xəbər verir ki, köşə yazarı ABŞ-Türkiyə danışıqlarında Ankaranın Vaşinqtona gizli foto təqdim etdiyini yazıb.

Bu fotoda Amerikanın yüksək rütbəli zabitlərinin Kandilə raket, minaatan və müxtəlif cür silah-sursat daşıdığı qeydə alınıb. Məhz bu fotodan sonra ABŞ bölgədə İŞİD- təmizləmək üçün xüsusi zona yaradılmasına razılıq verib.

Ankaranın tələbi budur: Əvvəlcə terror təşkilatlarının Türkiyəni hədəf almasının qarşısını almaq. Türkiyənin daxilini və sərhədlərini təmizləmək. Daha sonra təhlükəsizlik zonasında türkmanların (Azərbaycan əsilli -red) mövcudluğunu zəmanət alaraq, köç dalğasının qarşısını almaq.

Köşə yazarının iddiasına görə, ABŞ Rusiya və İranı məmnun edəcək vədlər verib. Həmçinin, Əsədlə razılaşıb. Bu razılaşmaya görə, əsəd və ailəsinin təhlükəsizliyi təmin olunacaq. Əsəd özü hakimiyyətdən çəkiləcək və onun yerinə yeni Əsəd gələcək.

“PYD liderlərindən olan salih Müslimin “Suriya ordusuna qatılırıq” deməsinin səbəblərindən biri də budur”, - deyə yazar vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm