Türkiyənin PKK əməliyyatlarının fantastik xərci
Bizi izləyin

Dünya

Türkiyənin PKK əməliyyatlarının fantastik xərci

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı Şimali İraqda həyata keçirdiyi hava əməliyyatlarının xərci olduqca fantastik görünür.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bombardmanlarda iştirak edən F-16 qırıcılarının bir saatlıq uçuş xərci 25 min dollar təşkil edir.

Qırıcıların hərbi sursatla xərci isə 65 min dollardır. Bir F-16-nın 1 saatlıq bombardman xərci isə təxminən 90 min dollardır.

2007-ci ilin dekabrında Şimali İraqda keçirilən 4 saatlıq əməliyyatın xərcinin 20 milyon dollar olduğu açıqlanmışdı. Türkiyə Silahlı Qüvvələri bu əməliyyatda PKK düşərgələrini ümumilikdə 52 F-16 və F-4 təyyarəsi, eyni zamanda topçu bölüyü ilə bombardman etmişdi. Dörd saatlıq əməliyyatda yanacağa 5, bombalara 13, toplara isə 2 milyon dollar xərclənmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm