• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Təhlükə qapımızda: Azərbaycan sərhədlərində İŞİD-lə müharibə başladı

  • Dünya
  • 4 Avqust 2015 11:24
  • 3 498 Baxış
Təhlükə qapımızda: Azərbaycan sərhədlərində İŞİD-lə müharibə başladı

Rusiyanın xüsusi xidmət orqanları son iki gün ərzində Şimali Qafqazda “İslam dövləti” (İŞİD) terror təşkilatının 14 döyüşçüsünü məhv ediblər.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Terrorçuluğa qarşı Komitəsindən bildirilib.

İŞİD üzvlərindən 8-i bazar günü İnquşetiyada, 6-sı isə dünən Nalçik və Kabardin-Balkarda öldürülüb. Onlar terrorizmdə və 31 iyunda polis polkovnikinin öldürülməsində ittiham olunurlar. “Məhv edilən quldurlar yaxın vaxtlarda “İslam dövləti” beynəlxalq terror təşkilatının tərkibinə daxil olublar”, - NAK-ın bəyanatında deyilir.

Hüquq müdafiəçiləri və Kremlin tənqidçiləri isə Şimali Qafqazda Rusiyanın xüsusi xidmət orqanlarını sui-istifadədə ittiham edirlər. Onların fikrincə, yalnız döyüşçülər deyil, həm də dissidentlər hədəf götürülürlər.

Xatırladaq ki, Şimali Qafqaz döyüşçüləri iyunun sonlarında tam heyətdə İŞİD və onun lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içiblər. İŞİD və onun liderinə sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün regionlarını - Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar federal subyektlərini əhatə edir.

Bundan əvvəl də Şimali Qafqaz döyüşçülərinin ayrı-ayrı liderləri İŞİD-ə sədaqət andı içdiyini elan ediblər. 2014-cü ilin noyabrında Dağıstanın Xasavyurt rayonunda hərəkət edən döyüşçülərin lideri, Çeçenistan Respublikasının sakini Suleyman Zaylanabidov terror təşkilatının liderinə biət edib. O, 6 iyun 2015-ci il Xasavyurt rayonunun Komsomol kəndinin ərazisində öldürülüb.

2014-cü ilin payızında “Xəzər” qrupunun rəhbəri Muqutdin Mazanov İŞİD-ə sədaqət andı içib. 19 dekabr 2014-cü ildə Mahaçqala sektorunun lideri Arslanali Kambulatov eyni addımı atıb. O, 24 aprel 2015-ci ildə Dağıstanın Yeni Paraul kəndində xüsusi əməliyyatın gedişatında öldürülüb.

Rəsmi məlumatlara görə, MDB ölkələrindən təxminən 1,5 min nəfər İŞİD-in sıralarında vuruşur. İŞİD-in sıralarında vuruşan 850 nəfərin əksəriyyəti Şimali Qafqaz, xüsusilə Çeçenistan Respublikasının sakinləridir. Hələ 2014-cü ilin sentyabrında sosial şəbəkələrdə videomüraciət yerləşdirən döyüşçülər Rusiya prezidenti Vladimir Putini Qafqaza “azadlıq” yürüşü ilə hədələyiblər.

Bu il aprelin 20-də Dağıstanda keçirilən xüsusi əməliyyatın gedişatında “Qafqaz Əmirliyi”nin başçısı, Doku Umarovun varisi Əliaşxab Kebekov öldürülüb. Həmin vaxt bəziləri bildirdilər ki, Kebekovun ölümü başsız qalan döyüşçülərin İŞİD-in təsiri altına keçməsini sürətləndirəcək. Bəziləri isə hesab edirdilər ki, Kebekovun qətli Şimali Qafqazdakı vəziyyətə, həmçinin İŞİD və “Qafqaz Əmirliyi” arasındakı münasibətlərə təsir etməyəcək. Amma 3 gün əvvəl edilən videomüraciət birincilərin haqlı olduğunu göstərdi.

Ekspertlər həmçinin qeyd edirlər ki, daha əvvəl Əliaşxab Kebekovun elan etdiyi taktika İŞİD-in taktikasından əhəmiyyətli dərəcədə fərqlənir. Əliaşxab Kebekov dinc əhaliyə qarşı terror aktlarının həyata keçirilməsi və kamikadze qadınlardan silahlı əməliyyatlarda istifadə olunmasına qarşı çıxırdı. “Əgər “Qafqaz Əmirliyi”nin döyüşçüləri dövlət qulluqçuları və təhlükəsizlik orqanlarının əməkdaşlarına qarşı terrorla ixtisaslaşmışdısa, İŞİD-də bu, ümumi və çox amansız terrordur”, - Rusiya Elmlər Akademiyasının Etnologiya və Antropologiya İnstitutunun Etnopolitik Tədqiqatlar Mərkəzinin böyük elmi işçisi Əhməd Yarlıkapov bildirib.

Qeyd edək ki, “Qafqaz Əmirliyi” Rusiya və ABŞ-la yanaşı bir çox ölkələrdə terror təşkilatı kimi tanınır.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR