CHP “B” planını işə saldı: Türkiyə erkən seçkilərə gedir
Bizi izləyin

Dünya

CHP “B” planını işə saldı: Türkiyə erkən seçkilərə gedir

Türkiyə addım-addım erkən parlament seçkilərinə gedir.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) baş nazir Əhməd Davudoğlu ilə görüşün nəticələrini gözləmədən partiya üzvlərinə erkən seçkilərə hazırlıq barədə təlimat verib.

Baş nazir və CHP sədri arasında görüşün sabah yerli vaxtla saat 18:00-da keçirilməsi planlaşdırılır. Koalisiya heyətlərinin hazırladığı hesabatları müzakirə edəcək liderlər koalisiya müzakirələrinə “tamam”, ya da “davam” deyəcəklər. Görüşdən “tamam” nəticəsinin çıxma ehtimalını nəzərə alan Kamal Kılıcdaroğlu partiyanın seçki qərargahlarına erkən seçkilərdə istifadə ediləcək bayraq və afişaların hazırlanması barədə tapşırıq verib.

Məlumata görə, CHP-də hazırda iki fərqli yanaşma önə çıxır. CHP-nin rəhbər strukturlarında yer alanların bəziləri hesab edir ki, Ədalət və İnkişaf Partiyası (AKP) Konstitusiyada nəzərdə tutulan 45 gündəlik müddəti doldurmaq üçün “vaxt qazanma” taktikası həyata keçirir. Digərləri isə prezident Rəcəb Tayyib Ərdoğanın maneə olmayacağı halda sürprizin baş verəcəyi və iki liderin koalisiya üçün yaşıl işıq yandıra biləcəyini dilə gətirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm