PKK Türkiyəni "böldü": Tuncelidə “Azad Kürdüstan”, Şırnakda “avtonom dövlət”
Bizi izləyin

Dünya

PKK Türkiyəni "böldü": Tuncelidə “Azad Kürdüstan”, Şırnakda “avtonom dövlət”

İyulun 7-də keçirilən parlament seçkilərindən sonra birtərəfli qaydada atəşkəsi pozaraq Türkiyədə terror aktları törədən PKK və onu dəstəkləyən qüvvələr ölkənin cənubi-şərqində qondarma qurumlar yaradır.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, HDP-li keçmiş millət vəkili Əminə Aynanın rəhbəri olduğu və PKK-ya yaxın Demokratik Bölgələr Partiyası Şırnak vilayətində “muxtariyyət” elan edərək “Xalq məclisi” qurub.

Partiya məhkəmə, prokurorluq və polis kimi dövlət təşkilatlarını tanımadığını açıqlayıb. 11 iyul 2014-cü ildə qurulan və İdarə Heyətinin üzvləri arasında PKK terror təşkilatının həbsdə olan lideri Abdulah Öcalanın bacısı qızı 27 yaşlı Dilək Öcalanın da olduğu partiya rəsmi olaraq üsyan bayrağını qaldırıb. Şırnak bələdiyyə başçısı Serhat Kadırhanın da qərarı dəstəklədiyi bildirilir.

Partiyanın Şırnak üzrə başçısı Saleh Gülenç dövlətin şəhərdəki bütün təşkilatların etibarını itirdiyini deyib.

Tunceli-Ərzincan avtomobil yolunda “Azad Kürdüstan” plakatı açan terrorçular yolu kəsərək avtomobilləri saxlayır, vətəndaşların şəxsiyyət vəsiqələrini yoxlayırlar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm