Türk ordusuna əmr verildi: “İraqa girin”
Bizi izləyin

Dünya

Türk ordusuna əmr verildi: “İraqa girin”

Türkiyə Silahlı Qüvvələri əsgərlərə ehtiyac yarandığı halda İraq ərazisinə girmək barədə əmr verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti yazıb. Məlumata görə, terrorçular Türkiyədən çıxarılana qədər əməliyyatlar davam edəcək.

Verilən əmrə görə, mehmetcik Türkiyədən Şimali İraqa qaçan PKK terrorçularının arxasınca qonşu ölkənin ərazisinə 7 kilometrə qədər girə biləcək. 1996-cı ildən Şimali İraqda yerləşdirilən türk hərbçilər də əməliyyatlar üçün hazır olacaq.

Qeyd edək ki, Türkiyənin PKK düşərgələrini dağıtması üçün 1996-cı ildə iki ölkənin razılaşması əsasında türk əsgərləri Şimali İraqa yerləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm