İranda terror: 3 ölü
Bizi izləyin

Dünya

İranda terror: 3 ölü

İranm İslam Respublikasının Urmiya vilayətində terror aktı həyata keçirilib. Publika.az xəbər verir ki, 2 bomba partlayışı nəticəsində 3 nəfər ölüb. Hadisələr zamanı bir neçə nəfər xəsarət alıb.

Partlayışlardan birinin Bakiri küçəsi, digərinin isə Danişkədə küçəsində baş verdiyi bildirilir. Birinci partlayışda 1, ikincisində isə 2 nəfər həlak olub. Urmiyənin icra hakimiyyətinin başçısı Abbas Həsənxani birinci partlayışda bir nəfərin öldüyünü təsdiq edib. İkinci partlayış rəsmi mənbələr tərəfindən təsdiq edilməyib.

Hücumların məsuliyyətini üzərinə alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm