Yanukoviçin 89 adamının diplomatik pasportu ləğv edildi
Bizi izləyin

Dünya

Yanukoviçin 89 adamının diplomatik pasportu ləğv edildi

Ukrayna Xarici İşlər Nazirliyi sabiq prezident Viktor Yanukoviçin Regionlar Partiyasından olan keçmiş məmurların diplomatik pasportlarını ləğv edib.

Publika.az “Unian” agentliyinə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ümumilikdə, 89 keçmiş məmur və deputatın diplomatik pasportu ləğv edilib. Siyahıda keçmiş baş nazir Nikolay Azarov, keçmiş deputatlar Anna German, Aleksandr Yefremov, Vladislav Lukyanov və Vladimir Saldonun da adı var.

Qeyd edək ki, Nikolay Azarov və keçmiş deputat Vladimir Oleynik ötən ay Moskvada Ukraynanın Qurtuluş Komitəsi adlı qurum yaradıb. Azarov Ukrayna prezidenti Pyotr Poroşenkonun yerinə Oleynikin Ukrayna prezidentlyə namizədliyini təklif edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm