Kimya zavodunda partlayış – 1 ölü, 9 yaralı
Bizi izləyin

Dünya

Kimya zavodunda partlayış – 1 ölü, 9 yaralı

Çinin Şandun əyalətində yerləşən kimya zavodunda güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, bu barədə "I Cross China" nəşri məlumat yayıb.

Partlayış nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə Szıbo şəhəri yaxınlığındakı fabrikdə mexanizmlərdən birinin yanmasından sonra baş verib.

Mütəxəssislərin sözlərinə görə, partlayışdan sonra yerin və ya havanın çirklənməsi qeydə alınmayıb. Hadisənin səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm