Alimlər müharibənin xeyirini tapdılar
Bizi izləyin

Dünya

Alimlər müharibənin xeyirini tapdılar

“The New York Times” agentliyinin xəbərinə görə, alimlər Yaxın Şərq böhranının müsbət tərəfini aşkar edib. Bu müsbət tərəf regionun ekoloji vəziyyətinin yaxşılaşmasıdır.

Musavat.com xəbər verir ki, alimlər peykdən alınan məlumatları öyrənib belə qənaətə gəliblər ki, vətəndaş müharibəsi yaşanan və ya iqtisadi böhran keçirən böyük şəhərlərdə atmosferə buraxılan zəhərli qazlar xüsusən də dioksid azotun miqdarı dəfələrlə azalır.

Almaniya Maksa Planka Cəmiyyəti Kimya İnstitunun alimi Con Leliveld bildirir ki, hər bir ölkənin öz tarixi var. Belə ki, İraq müharibəsindən sonra atmosferin çirklənmə dərəcəsi bir neçə dəfə artıb, amma ölkə ərazisinə İŞİD qruplaşması daxil olduqdan sonra atmosferin çirklənməsi azalmağa başlayıb. Suriyanın, Dəməşq və Aleppo şəhərləri 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra atmosferin çirklənməsi müsbətə doğru dəyişib.

Qeyd edək ki, Dioksid azot (NO2) - yüksək zəhərə malik qazdır. Yanacaq və ya kimyəvi zavod yandıqda qırmızı-qəhvəyi rəng formasını alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm